- Edustart
- 06 Yanvar 2023
Kanada 10 əyalət və 3 bölgədən ibarət olan ölkədir. Sakit okeanından Atlantik Okeana və Şimalda Şimal buzlu okenanına qədər 9,98 milyon km² ərazini əhatə edir. Bu xüsusiyyəti ilə ərazisinə görə Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsidir. Kanadanın ABŞ ilə cənub və qərb sərhədi 8,891 km uzunluğunda dünyanın ən uzun quru sərhədidir. Bundan əlavə, Kanada 200.000 km-dən çox məsafə ilə dünyanın ən uzun sahil xəttinə malikdir. Kanadanın ərazisində əsasən meşələr, həmçinin Qayalı dağlarda tundralar üstünlük təşkil edir. Əhalinin beşdə dördü cənub sərhədi yaxınlığında yaşayır. Kanadanın paytaxtı Ottava; onun üç ən böyük şəhəri Toronto, Monreal və Vankuverdir.
28 milyon əhalisi olan Kanada dünyanın ən rahat iş yerlərindən biridir. Dünyanın müxtəlif yerlərindən, fərqli inanc və mədəniyyətlərə sahib insanların barışıq içində yaşadığı bir kosmopolit ölkə quruluşuna sahibdir. Yüksək rifah səviyyəsi və güclü iqtisadiyyatı ilə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.
Kanada, geniş və keyfiyyətli təhsil imkanları, təhlükəsiz və təmiz şəhərlər, çox aşağı cinayət və şiddət dərəcələri kimi səbəblərdən BMT tərəfindən yaşamaq üçün dünyanın ən yaxşı on ölkəsindən biri seçilmişdir. Bundan əlavə, Vancouver, Toronto və Montreal şəhərləri dünyanın ən təmiz və təhlükəsiz şəhərlərinin ilk onluğundadır. Yenə də bu şəhərlər mədəni tədbirləri və cəlbedici həyat standartlarına görə dünya sıralamasında yaşamaq və işləmək üçün ən yaxşı şəhərlər seçilmişdir.
Kanadalılar, Kanadada yüksək miqrant əhalisi olduğu üçün xarici tələbələrlə yaxından tanış və dünyanın hər yerindən bir çox tələbə bu ölkəyə üstünlük verir. Bu səbəblə Kanadada təhsil almaq istəyən tələbələr uyğunlaşma müddətini tez bir zamanda tamamlayırlar.
Möhtəşəm təbiəti, mehriban insanları, qabaqcıl texnologiyası və yüksək mədəni statusu olan insanlar xaricdə təhsil almaq istəyən bir çox tələbə üçün ən yaxşı seçimlərdən biridir. Kanadada dil təhsili dövlətin nəzarəti və zəmanəti altındadır. Bu səbəbdən Kanadada təhsil standartları, həyat standartlarında olduğu kimi ən yüksək səviyyədədir.
Kanadanın rəsmi dilləri həm İngilis, həm də Fransız dilidir. Kanadada fransız dilli insanların çoxu Quebec əyalətində yaşayır. İki dildə danışılan Kanada, yalnız İngilis, Fransız və ya hər ikisini öyrənmək və ya inkişaf etdirmək istəyənlərə "İki Dilli" Proqramlar təklif etmək üstünlüyünə malikdir.
Kanada Dil Kursları
Kanadada dil kursları 2 şəhərdə mövcuddur. Toronto və Vankuverdə. Kanada dil məktəbi ingilis dilini öyrənmək istəyən insanlar üçün ilk üstünlük verilən ölkələrdən biridir. Dil kurslarının müddəti 2-54 həftə arasında dəyişir. Kursun müddətini 2 və 3-cü dəfə artıra bilərsiniz. Bunun üçün vizanızın müddətinə ən azı 45 gün qalmış bizə müracət edə bilərsiniz.
Kanada dil kurslarında proqramlar
• Standart İngilis dili kursları(Həftədə 15-20 Dərs)
• Yarı İntensiv İngilis dili kursları(Həftədə 25 Dərs)
• İntensiv İngilis dili kursları (Həftədə 28-43 Dərs)
• IELTS/TOEFL Kursları
• Celta – Delta Kursları
• Akademik İngilis dili kursları
• Bir-bir Fərdi İngilis Dili Dərsləri
Kanada dil məktəblərində yaşı 16+ olan hər bir şəxs təhsil ala bilər. Kanadada dil öyrənərkən rəsmi işləmək icazəsi verilmir, ona görə də işləmək üçün qanuni hüququnuz yoxdur. Kanada dil məktəblərinin həftəlik qiymətləri 200 ilə 350 Kanada Dolları arasında dəyişməkdədir.
Kanada Kollecləri
Kanada təhsil sistemində kollec barədə danışarkən bütün bu stereotipləri unudub bir faktı qəbul etmək lazımdır ki, Kanadada kollec ixtisaslaşdırılmış mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. Kollecdə təhsil praktiki xarakter daşıyır. Əgər siz dizayner, turizm üzrə menecer və ya biznes inzibatçısı kimi tətbiqi ixtisaslara yiyələnməyi planlaşdırırsınızsa, onda yalnız nəzəri bilikləri deyil, həmçinin zəruri bacarıqlar əldə edəcəyiniz kolleci seçmək daha yaxşıdır, çünki, burada təhsil dövründə tələbələr bəzi kolleclərdə maaşlı staj və ya təcrübə keçirlər. Həmçinin bir çox kollec universitetlərlə razılaşmalara malikdir və siz öz ixtisasınızı bitirib ikili diplom (universitet və kollec) diplomu ala bilərsiniz. Bundan əlavə, Siz Kanadada kolleci bitirib, istədiyiniz vaxt universitetdə öz təhsilinizi 2 və ya 3-cü kursdan davam etdirə bilərsiniz!
Kanada kollecləri 2 qrupa bölünürlər:
• Dövlət Kolleclər
• Özəl Kolleclər
Kanada kollecləri, tam bir ali təhsil müəssisəsi kimi, aşağıdakı proqramları təklif edir:
• Sertifikat proqramları (1 il);
• Diplom proqramları (2-3 il);
Kollecdə ən qısa təhsil müddəti cəmi bir ildir və nəticədə siz ixtisaslaşdırılmış mütəxəssis sertifikatını ala bilərsiniz. Dövlət kolleclərində 1 illik sertifikat proqramlarından sonra 1 illik 3 illik iş vizasına müraciət edə bilərsiniz, lakin 2 illik diplom proqramını seçmək daha yaxşıdır, ondan sonra zəmanətlə 3 illik iş vizasına müraciət edə bilərsiniz. Həmçinin belə diplomla siz əminliklə iş axtara bilərsiniz, çünki bu zaman sizin rəsmi tam iş günü işləmək hüququnuz olur.
Kolleci bitirdikdən sonra Sizin qarşınızda çoxlu imkanlar açılır:
• sadələşdirilmiş immiqrasiya proseduru;
• 90% məzun 6 ay ərzində öz ixtisası üzrə iş tapması zəmanətlidir;
• işəgötürənlər kollec məzununu işə götürməyə üstünlük verir, çünki o praktik bacarıqlara malikdir, dərhal işə başlamağa hazırdır və onu yenidən öyrətməyə ehtiyac yoxdur.
Kanada kolleclərinə orta məktəb məzun olan və 11 ci sinfidə təhsil alan hər bir şəxs müraciət edə bilər.
Müraciət üçün tələb olunan sənədlər aşağdakılardır:
• Passport
• Attestat (11-ci sinifdə oxuyanlar üçün məktəbdən arayış)
• Transkript (9-10-11 ci sinif qiymətlər cədvəli)
• Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL və ya DUOLİNGO)
• Fotoşəkil
Beynəlxalq dil sertifikatı olmayan şəxslər kolleclərin online ingilis dili imtahanında iştirak edirlər. Tələb olunan göstəriciyə malik olan tələbə bir-başa kollecə qəbul edilir. İngilis dili biliyi kollec tələblərindən aşağı göstəricədə olarsa. Kollec tərəfindən həmin tələbənin ingilis dili səviyyəsinə uyğun olaraq müəyyən müddətlik dil kursu təklifi olunur və tələbəyə şərti qəbul verilir.
Kanadada 100 dən artıq dövlət və özəl kolleclərlə əməkdaşlıq edirik. Onlardan bir qismi:
1.New Brunswick Community Kolleci
2.Sheridan Kolleci
3.Fleming Kolleci
4.Humber Kolleci
5.Toronto School of Management
6.Conestoga Kolleci
7.Trebas Kolleci
8.George Brown Kolleci
9.Cornerstone Kolleci
10.Durham Kolleci
11.Algonquin Kolleci
12.Canadian College of Technology and Business
Kanada Universitetləri
Kanada universitetləri tələbələrə Amerika, İngiltərə və dünyanın bir çox nüfuzlu universitetlərində olan akademik keyfiyyət baxımından bir çox təhsil dərəcələri və proqramları təklif etməkdədir. Kanada da, bir çox ölkələrdə olduğu kimi bakalavr təhsil müddəti 3-4 il, magistratura təhsili isə 1-2 il davam edir. Kanadadakı universitetlər əcnəbi tələbələrdən məzun olduqları məktəbin diplomlarını və transkript sənədlərini və TOEFL və IELTS kimi beynəlxalq statusa malik ingilis dil biliklərini təsdiqləyən sertifikatlar tələb etməkdədir. Bəzi universitetlərin isə özlərinin təşkil etdiyi “Proficiency” test vasitəsi ilə tələbələrin ingilis dil səviyyələrini qiymətləndirə bilirlər.
Kanadanın Ən Yaxşı Universitetlərinin Reytinqi:
Times Higher Education və QS siyahılarında universitetlər ümumi akademik nailiyyətlərinə görə reytinqdə yerləşdirilir, lakin bir çox universitetlər də xüsusi bölmələr üzrə siyahıya alınır.
- Toronto Universiteti (18- THE / 25-ci - QS)
- British Columbia Universiteti (34-cü - THE / 45-ci - QS)
- Mcgill Universiteti (42-ci - THE / 31-ci - QS)
- McMaster Universiteti (69-cu - THE / 144-cü - QS)
- Alberta Universiteti (131-ci - THE / 119-cu - QS)
- Simon Fraser Universiteti (251-300-cü - THE / 323-cü - QS)
- Viktoriya Universiteti (351-400-cü - THE / 370-ci- QS)
- York Universiteti (401-500-cü - THE / 531-540-cı QS)
- Carleton Universiteti (501-600-cü - THE / 601-650-ci - QS)
- Guelph Universiteti (501-600-cü - THE / 571-580-ci - QS)