Litvanın rəsmi dili litva dilidir, rəsmi adı Litva Respublikası olan 3 Baltikyanı dövlətdən biridir. Paytaxtı Vilnüs şəhəri olan ölkə ümumiyyətlə düzənlik ərazilərdən ibarətdir. Təbiətə böyük önəm verən ölkədə meşələrin miqdarı yüzdə 30 civarındadır. Ölkə 2004-cü ildə Avropa Birliyinə qəbul edilib. Litvada xarici dil bilmə nisbəti 90 faizə çatır. Ölkənin rəsmi dili olan Litva dilindən sonra əksər ölkələrdə ən çox danışılan dillər ingilis və rus dilləridir. Ölkənin ən böyük şəhəri və paytaxtı Vilnüs, digər şəhərləri isə müvafiq olaraq Kaunas və Klaypedadır.
Ölkədə bakalavr, magistratura və doktorantura proqramları baxımından əlverişli imkanlar var. Litvanın diplomları bütün AB ölkələrində qəbul edilir. 120-dən çox müxtəlif proqramlar üzrə ali təhsil almaq mümkündür. Xüsusilə ingilis və rus dillərində tədris proqramları diqqəti cəlb edir. Litvada bakalavr proqramları 3-6 il, magistr proqramları isə 2 il davam edir. Magistratura təhsilini davam etdirmək istəyən tələbələr bakalavr diplomları ilə müraciət edə bilərlər.
Litvada bakalavr fakültələrində təhsil haqqı 2800 avro ilə 4000 avro arasında dəyişir. Magistr dərəcəsi üçün illik ödənişlər 3500 ilə 4500 Avro arasında dəyişir. Bakalavr pilləsinə qəbul olmaq istəyən Azerbaycanlı tələbələr üçün bütün Litva Üniversitetləri TQDK imtahanından minimum 200 Bal tələb etməkdədir.