
-
Edustart
- 07 Yanvar 2023
Avstraliya Cənub yarımkürəsində yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlətdir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyondan çoxdur.
Avstraliya inkişaf səviyyəsi, iqtisadiyyatın rifahı və təhsil keyfiyyəti ilə son zamanların ən çox diqqət çəkən ölkələr arasında yer almaqdadır. Bununla yanaşı, zəngin mədəniyyətə sahib olan bu ölkədə təhsil almaq sizi hər anlamda inkişaf etdirəcək. Əgər Avstraliyaya təhsil almaq məqsədi ilə getməyi planlayırsızsa, ilk öncə ölkənin təhsil sisteminin necə olduğunu bilməlisiniz.
EDUSTART MMC olaraq sizlərə Avstraliyada 3 istiqamətdə təhsil almağınıza köməklik göstəririk.
1. Dil Kursu təhsili
2. Kollec təhsili
3. Universitet təhsili
Avstraliya Dil Kursları
Xaricdə İngilis dili təhsili dedikdə ağla gələn ilk ölkələrdən biri Avstraliyadır. Avstraliya dil kursları dünyada ən çox xarici tələbəyə ev sahibliyi edən ölkələr arasındadır. Ana dilinin ingilis dili olması, geniş iş imkanı, ən aşağı cinayət səviyyəsi, ecazkar iqlimi, təbii gözəlliyi həmçinin xalqının mehriban və qonaqpərvər olması Azərbaycanlı tələbələrin Avstraliya dil kurslarını seçmə səbəblərindəndir
.
Avstraliya dil kursları, Avstraliya hökuməti tərəfindən tənzimlənir. Bu, Avstraliyadakı dil kurslarının təhsil keyfiyyətinin çox yüksək olmasının səbəblərindən biridir. Avstraliyada əməkdaşlıq etdiyimiz dil kursları beynəlxalq akkreditasiya olunmuş kurslardır. Bu dil kurslarını bitirdikdən sonra aldığınız sertifikatla Amerika, Kanada, İngiltərə, Avstraliya və Avropa ölkələrində yerləşən bəzi kollec və universitetlərə beynəlxalq dil sertifkatınız (İELTS, TOEFL, DUOLİNGO) olmadanda qəbul ola bilərsiniz.
Azərbaycanlı tələbələrin Avstraliyada dil kursu üçün üstünlük verdiyi şəhərlər Sidney, Melbourne və Brisbanedir. Dil kursları şəhər mərkəzlərində yerləşir. Buda kursa ictimai nəqliyyatla gediş-gəlişi asanlaşdırır.
Avstraliya dil kurslarında müddət 2-54 həftə arasında dəyişir. Tələbə müddət seçmək də sərbəstdir. Adətən Azərbaycandan uzaq bir ölkə olduğu üçün Avstraliya dil kursları uzunmüddətli təhsil almaq istəyən şəxslər tərəfindən daha çox seçilir. Dil kurslarında bir səviyyə danışıqınızı inkişaf etdirmək üçün uyğun görülən müddət 8-12 həftədir.
Avstraliya Höküməti hazırda ölkəsinə gələn xarici tələbələrə həftəlik 40 saat işləmək icazəsi verir. Bununla yanaşı şənbə və bazar günləridə könüllü şəkildə işləyə bilərsiniz. Şənbə və bazar günlərinidə işləyib iş vaxtınızı 56 saata çıxarda bilərsiniz. Hazırda Avtraliyada təhsil alan tələbələrimizin hər biri həm ingilis dili təhsilini davam etdirir, həm də həftəlik 56 saatlıq iş imkanından istifadə edirlər. Tələbələrimizin saat hesabı aldığı minumum əmək haqqı isə 32 AUD-dır. Avstraliya olduğca iş imkanları ilə zəngin bir ölkədir. Gedəcəyiniz gündən etibarən demək olar ki, işə yerləşib həm təhsil, həm də iş həyatına başlaya bilərsiz. Avstraliyanın bu cür geniş iş imkanları sizə təhsil müddətində təhsil və yaşam xərclərinizi qarşılama, həmçinin qazanc əldə etmək şansı yaradır.
Tələbələrin ən çox verdiyi suallardan biridə Avstraliyada dil kurslarına qatılmaq qatılmaq şərtləri? Avstraliyada dil kurslarına qatıla bilməsi üçün tələb olan şərt sadəcə minumum yaş həddinin 16 olmasıdır. 16 yaş və üzəri hər bir şəxs dil kurslarında təhsil ala bilər.
Avstraliyada Dil Kurslarına ilkin müraciət üçün tələb olunan yeganə sənəd pasportdur.
Avstraliya Kollecləri
Avstraliyada kolleclər 2 qrupa bölünürlər:
• Dövlət Kolleclər
• Özəl Kolleclər
Avstraliya kollecləri proqramları təklif edir:
• Sertifikat proqramları (1 il);
• Diplom proqramları (2-3 il);
Avstraliya Sertifikat və Diplom Proqramları beynəlxalq iş dünyasının tələb və ehtiyaclarına uyğun təşkil edilən, nəzəri bilik və təcrübə nəticəsində qazanılan təcrübəni peşəkar iş dünyasına təqdim edən proqramlardır. Proqrama qoşulduğunuz zaman təhsil müddətində part-time, tətil zamanlarında isə tam iş günü işləmək hüququ əldə edə bilərsiniz. Sertifikat və diplom proqramları bakalavr və magistr proqramlarından daha qənaətcildir. Əgər siz yeni məzun və ya gənc mütəxəssissinizsə, Avstraliya Sertifikat və Diplom Proqramlarında iştirak etməklə peşəkar bilik və bacarıqlar əldə edə bilərsiniz.
Avstraliyadakı təhsil müəssisələrində 400-dən çox sertifikat və diplom proqramı təklif olunur. Bu proqramların bəzilərinə orta məktəb məzunları, bəzilərinə isə sadəcə peşə məktəbi, bakalavr və magistratura məzunları müraciət edə bilərlər. Avstraliyada tez-tez üstünlük verilən sertifikat və diplom proqramları müasir dövrdə tələbat olan sahələr üçün yaradılmışdır. Dərslər iş dünyasının aparıcı mütəxəssisləri tərəfindən keçirilir, nəzəri biliklər praktika ilə möhkəmləndirilir və tələbələr ixtisası üzrə hazır şəkildə məzun olurlar.
Avstraliyada kollecə Müraciət üçün tələb olunan sənədlər aşağdakılardır:
• Passport
• Attestat (11-ci sinifdə oxuyanlar üçün məktəbdən arayış)
• Transkript (9-10-11 ci sinif qiymətlər cədvəli)
• Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL və ya DUOLİNGO)
• Fotoşəkil
Beynəlxalq dil sertifikatı olmayan şəxslər kolleclərin online ingilis dili imtahanında iştirak edirlər. Tələb olunan göstəriciyə malik olan tələbə bir-başa kollecə qəbul edilir. İngilis dili biliyi kollec tələblərindən aşağı göstəricədə olarsa. Kollec tərəfindən həmin tələbənin ingilis dili səviyyəsinə uyğun olaraq müəyyən müddətlik dil kursu təklifi olunur və tələbəyə şərti qəbul verilir.
Avstraliyada 100 dən artıq dövlət və özəl kolleclərlə əməkdaşlıq edirik. Onlardan bir qismi:
1.TAFE NSW College
2.STOTT`S College
3.STANLEY College
4.LA TROBE College
5.ECA College
6.DEAKIN College
7.REACH COMMUNITY College
8.GRIFFTH College
9.CURTIN College
10.GESS EDUCATION College
Avstraliya Universitetləri
Xaricdə universitet təhsili üçün ən çox seçilən ölkələrdən biri də Avstraliya Universitetləridir. Avstraliyada təhsil sizə dünyanın ən nüfuzlu universitetlərində ən yaxşı akademiklər tərəfindən dərs keçmək fürsəti təqdim edir. Bundan əlavə, Avstraliyadakı bir çox universitet dünya reytinqində ilk 500-lükdə yer alır. Avstraliya universitetlərində təklif olunan bakalavr proqramlarının müddəti 3-4 ildir. Avstraliya magistr proqramları ilə siz də universiteti bitirdikdən sonra 5 illik rəsmi yaşamaq və full-time işləmək imkanından yararlana bilərsiniz. Avstraliyada magistr proqramlarının müddəti 1- 2 il arasında dəyişir.
Avstraliyada Universitetə Müraciət üçün tələb olunan sənədlər aşağdakılardır:
1. Passport
2. Şəxsiyyət vəsiqəsi
3. Attestat və ya 11-ci sinifdə oxuyanlar üçün məktəbdən arayış (Magistratura üçün Bakalavr diplomu və ya 4-cü kursda oxuyanlar üçün universitetdən arayış)
4. Transkript (9-10-11-ci sinif qiymətlər cədvəli, magistratura üçün semestrlər ərzində verdiyiniz imtahan nəticələri cədvəli)
5. 2 ədəd referans məktubu
6. IELTS, TOEFL və ya DUOLİNGO sertifikatı
7. Fotoşəkil (5x6 ölçüdə, rəngli, arxa ağ fonda)
Avstraliyada əməkdaşlıq edidiyimiz universitetlərin bir qismi:
1.UNIVERSITY OF NEW ENGLAND
2.TORRENS UNIVERSITY
3.SWINBURNE UNIVERSITY OF TECHNOLOGY
4.SOUTHERN CROSS UNIVERSITY
5.CENTRAL QUEENSLAND UNIVERSITY
6.WESTERN SYDNEY UNIVERSITY
7.VICTORIA UNIVERSITY
8.DEAKIN UNIVERSITY
9.LA TROBE UNIVERSITY
10.MURDOCH UNIVERSITY
Avstraliyada xərclər:
Təhsil haqqı şəhərə, təhsilin növünə və təhsil mərkəzinə görə dəyişir. Yaşam xərci aylıq 800-1200 AUD, təyyarə biletləri 800-1000 USD arasındadır.