-
Edustart
- 05 Yanvar 2023
Berlin School of Business and Innovation, Berlin şəhərinin mərkəzində yerləşən, bakalavr və magistr proqramları üçün ingilis dilində yüksək keyfiyyətli və sərfəli təhsil təklif edən universitetdir. BSBI tələbələrini məzun olduqdan sonra fərqli xüsusiyyətlərə malik ixtisaslı və uğurlu liderlər edərək iş dünyasına hazırlamaq əsas prinsipini qəbul etmişdir.
BSBI tələbələrinin hər biri üçün iki aylıq ödənişli təcrübə imkanları təklif edir. Bu təcrübə ilə siz həm sistemli şəkildə Almaniyada işləməyi öyrənəcəksiniz, həm də CV-nizə beynəlxalq iş təcrübəsi əlavə edəcəksiniz.
Təhsil Haqqı
Bakalavr proqramlari illik 9000 EUR ilə 11000 EUR arasında dəyişir amma attestat balınıza uyğun olaraq və ya təhsil haqqını tam ödədiyiniz təqdirdə illik endirimlər tətbiq olunur. Ətrafli məlumat üçün bizimlə əlaqə saxlayın.
Burs - Scholarship
BSBI bakalavra qeydiyyat olan tələbələrinə attestat bal ortalamasına görə endirimlər və burs təklif edir.
Attestat balı Ortalamasına görə tətbiq edilən Endirimlər (Scholarship)
|
70 – 80 Attestat Balı |
25% |
|
80 – 85 Attestat Balı |
30% |
|
85 – 90 Attestat Balı |
35% |
|
90+ Attestat Balı |
50% |
* 15 Avqust 2023 tarixinə qədər ediləcək Magistratura qeydiyyatlarında, Azerbaycanlı tələbələrə 5500 EUR endirim tətbiq olunacaq.
Pulsuz Alman dili təlimi
Berlin Biznes Məktəbində təhsil alan tələbələrə təhsil müddətində həftənin müəyyən vaxtlarında alman dili də öyrədilir. Alman dili təhsili tələbələrin Alman mədəniyyətinə və cəmiyyətinə uyğunlaşmasına kömək etmək üçün verilir. Yenə bu təhsili davam etdirmək istəyən tələbələr ingilis dili ilə yanaşı alman dilini də ana dili səviyyəsində öyrənə bilər və bu iki beynəlxalq dili bilməklə iş dünyasına daxil ola bilərlər.
* Əgər təhsilinizə Afina və ya Paris şəhərciyində başlamağı seçsəniz, təhsilinizi eyni kampusda başa vura və ya Berlinə köçüb Berlin Kampusunda 2-ci və 3-cü illəri tamamlaya bilərsiniz.
Parisdə bakalavr üçün yalnız 1-ci il 7000 EUR-dur.



